Tramp seçki məğlubiyyətinə görə Fox News-u günahlandırdı


ABŞ-da aralıq Konqres seçkilərinin nəticələri açıqlanmaqda davam edərkən Prezident Donald Tramp Respublikaçıların məğlubiyyətinə görə Fox News telekanalını günahlandırıb. O, telekanalın Demokratlar Partiyasına “daim” efir vaxtı ayırdığını iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Fox News-u Nyu-Yorkun keçmiş meri Bill de Blasionu efirə dəvət etdiyinə görə tənqid edib. O, de Blasionu şəhər tarixinin “ən pis meri” adlandırıb.

“De Blasio şəhəri rüsvayçılıqla tərk edib və vurduğu ziyan ölçüyəgəlməzdir. İndi isə o, bizə Amerikanı necə idarə etməli olduğumuzu deyir. Fox News bu itkilərə görə məsuliyyət daşıyır, çünki Demokrat müxalifətinə və daha betərinə ardıcıl olaraq efir vaxtı ayırır”, – Tramp bildirib.

ABŞ Prezidenti Demokratlar Partiyasını alçaltmaq məqsədilə ingilis dilində “axmaq” mənasını verən “dumb” sözü ilə partiyanın adını birləşdirərək “Dumocrat” ifadəsindən də istifadə edib.

Qeyri-rəsmi nəticələrə əsasən, Demokratlar Senatda qələbə qazandıqdan sonra Nümayəndələr Palatasında da Respublikaçılardan çoxluq əldə ediblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ