Müharibədə İrana 1 trilyon dollardan çox ziyan dəyib


Bütün zənginləşdirilmiş materialların ehtiyatlarının İrandan çıxarılması ilə bağlı texniki müzakirələr dərhal başlayacaq.

Turkustan.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranın iqtisadi yardımı və yenidənqurma investisiyaları ciddi şəkildə qarşı tərəfin yaxşı davranışından asılıdır.

Tramp İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəydiyini deyib.

"Hazırda sahib olduqlarını bərpa etmək üçün onlara 15-20 il vaxt lazım olacaq. Buna görə də, özlərini yaxşı aparmalıdırlar. Əgər yaxşı davranmasalar, yenidən zərbə alacaqlar", - deyə ABŞ Prezidenti əlavə edib. //modern.az/


MANŞET XƏBƏRLƏRİ