İmtahan nəticələri elan olundu


Magistraturaya qəbul imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat daxil olub.

İyunun 14-də keçirilmiş qəbul imtahanında istifadə olunan 95 tapşırıq üzrə nəticələrdən gedir.

Bakalavrlar imtahan nəticələri ilə DİM-in internet səhifəsində tanış ola, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərərək məlumat əldə edə bilərlər.

Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra, 4 həftə ərzində təqdim olunacaq. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə maksimum 95, esse üzrə isə 5 bal toplaya bilərlər.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətləri üçün yekun imtahan balı elan olunduqdan sonra imkan yaradılacaq.


MANŞET XƏBƏRLƏRİ