ABŞ ordusu Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən bir qayığa qarşı əməliyyat keçirdiyini və nəticədə bir nəfərin öldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) sosial media platforması X-də yaydığı məlumata görə, əməliyyat iyunun 16-da həyata keçirilib.
Açıqlamada bildirilib ki, “terror təşkilatları tərəfindən idarə olunduğu” iddia edilən qayığın narkotik qaçaqmalçılığı fəaliyyətlərində iştirak etdiyinə dair kəşfiyyat məlumatları əldə olunub. Bu məlumatlar əsasında hərbi əməliyyat keçirildiyi qeyd edilib.
SOUTHCOM-un açıqlamasına əsasən, əməliyyat zamanı bir nəfər həlak olub, ABŞ hərbçiləri arasında isə xəsarət alan olmayıb.
ABŞ ordusunun Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən qayıqlara qarşı həyata keçirdiyi bu cür əməliyyatlar beynəlxalq səviyyədə mübahisələrə səbəb olur. Tənqidçilər bu halların “məhkəmədənkənar qətllər” kimi qiymətləndirilə biləcəyini irəli sürürlər.
![]()
Aytən Yaşar/ Turkustan.az