Dünən ABŞ-nin vitse-prezidenti C.D. Vens İranla bağlı memorandumun dərc olunmasında gecikməyə aydınlıq gətirib.
Turkustan.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
O bildirib ki, sənədin mətni hazırda danışıqlarda iştirak edən vasitəçilərin xahişi ilə ictimaiyyətə açıqlanmır.
Vensin sözlərinə görə, Pakistan və Qətər nümayəndələri sənədin mərhələli şəkildə və ehtiyatla təqdim olunmasını tövsiyə ediblər.
O əlavə edib ki, proses zamanı “ərəb və müsəlman dünyasında həssas məsələlər” nəzərə alınır və buna görə də açıqlamalar ehtiyatla verilir.
Vens Səudiyyə Ərəbistanı ilə bağlı fikirlər səsləndirərək, ölkənin son illərdə ciddi dəyişikliklər etdiyini və ABŞ-nin yaxın tərəfdaşına çevrildiyini bildirib./Musavat.com