Kanada Baş naziri: ABŞ-İran razılaşması gözləntilərimi aşdı


Kanadanın Baş naziri Mark Karni ABŞ və İran arasında əldə olunan razılaşmanı yüksək qiymətləndirərək onu “oyun dəyişdirici” adlandırıb.

Turkustan.az xəbər verir ki, Karni bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində CNN telekanalına müsahibəsində danışıb.

ABŞ və İran arasında əldə olunan razılaşmanın mətnini gördüyünü bildirən Karni sənədi müsbət dəyərləndirib.

“Deməliyəm ki, bu razılaşma gözləntilərimi aşdı. Əldə olunan nəticədən son dərəcə məmnunuq”, – deyə Kanada hökumətinin başçısı bildirib.

Karni qeyd edib ki, razılaşmada nəzərdə tutulan 60 günlük atəşkəs müddəti məntiqli yanaşmadır və hərbi əməliyyatların dayandırılması üçün real imkan yaradır.

“Bu, yaxşı hazırlanmış bir razılaşmadır. Mən həqiqətən də onun dönüş nöqtəsi ola biləcəyini düşünürəm”, – deyə o vurğulayıb.

Kanada Baş naziri həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyinə diqqət çəkərək bildirib ki, ölkəsi bu istiqamətdə göstərilən beynəlxalq səylərə mümkün dəstəyi verməyə hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ