Tramp: İrana ən sərt zərbə vuran prezident mən olmuşam


ABŞ lideri Donald Tramp özünü İran məsələsində ABŞ tarixinin ən sərt prezidentlərindən biri kimi təqdim edib.

Turkustan.az xəbər verir ki, o bildirib: “İrana qarşı ən sərt mövqe nümayiş etdirən prezident mən olmuşam. Digər prezidentlər uzun illər ərzində belə addımlar atmayıblar”.

ABŞ lideri keçmiş prezident Barak Obamanın 2015-ci ildə İranla imzaladığı nüvə sazişini də tənqid edib.

“Obama İranla nüvə sazişi bağladı və Tehrana milyardlarla dolların yolunu açdı. Biz isə İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini zərərsizləşdirdik”, – deyə, Tramp bildirib.

İranla əldə olunan son razılaşmaya da toxunan Tramp sənədin hələ yekun saziş olmadığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ