Niderland Ukraynaya dronlar üçün 250 milyon avro ayıracaq


Niderland Ukraynaya dron istehsalının genişləndirilməsi üçün 250 milyon avro ayıracaq.

Turkustan.az xəbər verir ki, bu barədə çərşənbə günü Haaqada imzalanan müdafiə sahəsində innovasiya əməkdaşlığının dərinləşdirilməsinə dair niyyət memorandumunda qeyd olunub.

Ukrinformun Haaqadakı müxbirinin məlumatına görə, sənədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius və rəsmi səfərlə ölkədə olan Ukraynanın rəqəmsal transformasiya və müdafiə innovasiyaları üzrə nümayəndəsi Mixaylo Fedorov imza atıblar.

Niderland müdafiə naziri Dilan Yeşilgöz-Zegerius bildirib ki, innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi tərəfdaşlığın əsas istiqamətlərindən biridir və dron texnologiyaları bu əməkdaşlığın mühüm komponenti kimi çıxış edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ