Robert Köçəryanın toxunulmazlığı ləğv edildi - Cinayət işi açılacaq


Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) “Ermənistan” blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryana qarşı cinayət işinin açılmasına razılıq verib.

Turkustan.az xəbər verir ki, qərar Ermənistan Baş Prokurorluğunun müraciətinin bu gün MSK-da müzakirəsinin yekununda verilib.

Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl “Ermənistan” blokundan olan üç deputatlığa namizədə qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına vəsatət təqdim etmişdi./teleqraf


MANŞET XƏBƏRLƏRİ