“KÖZ" işi yenidən gündəmdə: FETÖ-dən sonra yeni struktur iddiası


FETÖ istintaqları zamanı uzun illər “şahid” və “etirafçı” kimi tanınan Kəmaləddin Özdəmir (KÖZ) barədə qərar yenidən gündəmə gəlib.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara 4-cü Ağır Cinayət Məhkəməsi onu ilk dəfə birbaşa “təşkilat rəhbərliyi” ittihamı ilə təqsirli bilib və 15 il həbs cəzası verib.

Daha sonra cəza “səmimi peşmanlıq” səbəbilə 3 il 1 aya endirilib. Məsələ sosial mediada geniş səs-küy doğurub. “FETÖ-dən sonra KÖZ?” başlıqlı müzakirələrdə bəzi jurnalist və siyasi şərhçilər KÖZ ətrafında yeni iddiaları gündəmə gətirib.

Jurnalist Zihni Çakır bununla bağlı paylaşımında bu quruluşun FETÖ-nün ehtiyat şəbəkəsi ola biləcəyi iddiasını irəli sürüb və müxtəlif dövlət strukturlarında “hüceyrə sistemi” ehtimalını vurğulayıb.

Həmçinin, jurnalist Metin Külünk sosial media hesabında təşkilatın arxasındakı detalların analiz edilməli olduğunu bildirib:

“Köklü şəkildə gizlənmə, olduğu mühitdə legitimlik yaratma, gizləndiyi yeri və rəqiblərini etibarsızlaşdırma metodları və messianist yanaşma anlaşılmadan bu strukturu anlamaq mümkün deyil. Bunlar araşdırılmadan düzgün qiymətləndirmə aparıla bilməz”./publika.az


MANŞET XƏBƏRLƏRİ