İrana qarşı əməliyyatlarda İlon Maskın süni intellektindən istifadə edilib


ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) İrana qarşı həyata keçirilən əməliyyatlarda sahibkar İlon Maska məxsus "xAI" şirkəti tərəfindən yaradılmış "Grok" süni intellekt (Sİ) alətindən istifadə edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Wired" jurnalı Pentaqonun rəqəmsal texnologiyalar və süni intellekt üzrə rəhbəri Kameron Stenliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, "Grok" artıq ABŞ-nin Sİ vasitəsilə hədəfəalma proqramı olan və əvvəllər "Anthropic" şirkətinin "Claude" modeli əsasında fəaliyyət göstərən "Maven Smart Systems" (MSS) layihəsi çərçivəsində tətbiq edilir.

Stenli qeyd edib ki, MSS intellektual sistemləri İrana qarşı hərbi əməliyyatlar zamanı 96 saat ərzində 2 min müxtəlif hədəfə qarşı eyni sayda döyüş sursatı tətbiq etməyə imkan verib./oxu.az


MANŞET XƏBƏRLƏRİ