CNN: Tehran Hörmüz boğazında daha böyük təsir əldə edib


ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Tehranın Hörmüz boğazı üzərində təsir imkanları daha da güclənib.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı məlumatlı, lakin adlarının açıqlanmasını istəməyən mənbələr CNN-ə bildiriblər ki, ABŞ kəşfiyyatı İranın artıq Hörmüz boğazında gəmiçiliyə təsir göstərmək və boğazın fəaliyyətini istədiyi kimi tənzimləmək imkanına malik olduğu qənaətindədir.

Mənbələrin iddiasına görə, iyunun 19-da imzalanması gözlənilən razılaşmanın detalları necə olursa-olsun, yaranmış vəziyyət İrana strateji əhəmiyyətə malik Hörmüz boğazı üzərində ciddi təsir rıçaqları qazandırıb.

Onların sözlərinə görə, son hərbi qarşıdurma Tehranın boğazla bağlı yanaşmasını dəyişdirib və İran bu ərazidə öz mövqeyini daha da möhkəmləndirib.

Bununla yanaşı, adının açıqlanmasını istəməyən yüksəkvəzifəli ABŞ rəsmisi qeyd edib ki, Hörmüz boğazının açıq qalması İranın Vaşinqtonla əldə olunacaq hər hansı razılaşmanın iqtisadi üstünlüklərindən yararlanması üçün vacib şərtdir.

Qeyd edək ki, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və anonim mənbələrin CNN-ə verdiyi açıqlamalara əsaslanır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ