ABŞ Prezidenti Donald Tramp "Böyük Yeddilik" (G7) ölkələrinin liderləri ilə keçirilən görüş zamanı maraqlı bəyanatla diqqət mərkəzinə düşüb.
Turkustan.az xəbər verir ki, Ağ Ev rəhbəri yüksək səviyyəli toplantı əsnasında zarafatla özünün "boss" (rəhbər) olduğunu bildirib.
Görüş çərçivəsində digər dövlət və hökumət başçıları ilə ünsiyyət quran Tramp, liderlər arasında yaranan qeyri-rəsmi və səmimi ab-havadan istifadə edərək "Mən bossam" ifadəsini işlədib.
ABŞ Prezidentinin bu zarafatı digər G7 liderləri tərəfindən təbəssümlə qarşılanıb və sammit çərçivəsində gərgin iş qrafiki fonunda maraqlı anların yaşanmasına səbəb olub.
/Bizim.Media