ABŞ Prezidenti Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında İranla əldə olunan razılaşma barədə danışıb.
Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, ABŞ və İran arasında əldə olunan memorandum sadə sənəd deyil və əhəmiyyətli müddəaları özündə ehtiva edir.
“Bu, anlaşma memorandumudur, lakin çox güclü sənəddir. Bu, sadəcə iki abzasdan ibarət mətn deyil”, – deyə, ABŞ prezidenti vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az