CHP-də qovulma böhranı! 2 əsas şəxs vəzifəsini itirdi


CHP-nin partiya qurultayının etibarsız elan olunması ilə bağlı qərardan sonra partiya rəhbərliyində yeni inkişaflar baş verib.

Turkustan.az xəbər verir ki, İntizam komitəsinə göndərilən Gökhan Günaydın və Əli Mahir Başarırın qrup rəhbərinin müavinləri vəzifələrinə xitam verilib, onların adları Türkiyə Böyük Millət Məclisinin rəsmi saytından da çıxarılıb.

CHP daxilində qurultay prosesi ilə bağlı müzakirələrdən sonra partiya rəhbərliyi parlament qrupunda diqqətçəkən dəyişikliklər edib.

İntizam komitəsinə göndərilən Gökhan Günaydın və Əli Mahir Başarırın qrup rəhbərinin müavini vəzifələrinə son verildiyi bildirilib. Türkiyə Böyük Millət Məclisinin rəsmi saytında da onların bu vəzifələrdən azad edildiyi qeyd olunub.

Qərardan sonra Gökhan Günaydın açıqlama verərək narazılığını ifadə edib.

O bildirib ki, “Bu, mövcud olmayan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən verilmiş qanunsuz bir qərardır. Böyük Millət Məclisinin buna əməl etməsi təəssüf doğurur, lakin biz mövqeyimizdən geri çəkilmədən davam edəcəyik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ