“Ana Kür” İctimai birliyinin təşkil etdiyi ekoloji konfrans biomüxtəlifliyin bərpası üçün yeni çağırışlar etdi


Salyanda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Kür çayı ərazilərində biomüxtəlifliyin bərpası olunması və alternativ ekoloji vərdişlərin təşviqi” layihəsinin fəaliyyət planına uyğun olaraq ekoloji konfrans keçirilib Konfrans “Vətəndaş cəmiyyətinin ekoloji problemlərin həllində rolu” mövzusunu müzakirə edib.

QHT.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Yap rayon təşkilatının, Salyan Bələdiyyəsinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətliləri, rayonda yaşıllaşdırma və kommunal- təsərrüfat işlərini icra edən idarələrin, qeyri- hökumət təşkilatlarının rəhbərləri, İçtimai Şura üzvləri rayon ziyalıları, ictimaiyyət nümayəndələri, könüllülər və media təmsilçiləri iştirak ediblər.

İctimai Birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov tədbirdə çıxış edərək müasir dövrün ekoloji problemlərindən söz açaraq qeyd edib ki, iqlim dəyişikliyi, meşələrin qırılması, biomüxtəlifliyin azalması, suyun, havanın, torpağın çirklənməsi hallarının qarşısının alınması üçün göstərilən qlobal və yerli əhəmiyyətli məsələlərdə vətəndaş cəmiyyətinin rolu getdikcə artır. Bunun üçün isə ardıcıl praktik və maarifləndiriçi işlər görülməlidir. Ekoloji mədəniyyət yüksəlməli, yaşıl düşüncə artmalı və alternativ ekoloji vərdişlər genişlənməlidir. R.Məlikov icra olunan layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib və bu işdə vətəndaş cəmiyyətinin yerli təşəbbüslərini yüksək qiymətləndirib.

Konfransda Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul əməkdaşı Gülhüseyn Ağayev, Salyan Rayon İcra Hakimiyyətinin sektor müdiri Məhərrəm Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Rayon Ziyalılar İctimai Birliyinin sədri Allahverdi Piriyev, Salyan Rayon İcra Hakimiyyəti yanında Fəaliyyət göstərən İctimai Şuranın üzvü Mübariz Hümmətov, “Qərbi Azərbaycan” icmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov və başqaları konfransda müzakirə olunan məsələlər ətrafında çıxışlar edblər, çay süfrəsi arxasında fikir mübadiləsi ediblər.

Konfransda Kür çayı ərazilərinin biomüxtəlifliyinin bərpası istiqamətində aparılan ağacəkmə və təmizlik aksiyalarının davam etdirilməsi və ekoloji maarifləndirmənin genişləndirilməsi təşviq edilib. Layihə bitdikdən sonra onun işlərini icra müddətində yeni yaradılacaq “Yaşıl Salyan” təşəbbüs qrupunun davam etdirlməsi qərara alınıb.

Konfransda iştirakçılara alternativ ekoloji davranışlar və bu sahədə beynəlxalq təcrübə barədə maarifləndirici vərəqələr paylanılıb.


MANŞET XƏBƏRLƏRİ