ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı variantlardan birinə razılıq verib.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” nəşri Vaşinqtondakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
“Ağ Ev rəhbəri deyib ki, İranın yüksək zənginləşdirilmiş uranı BMT müfəttişlərinin nəzarəti altında ölkə daxilində “zəiflədilə” (gücü azaldıla) bilər. Bu, uranın təhlükəli səviyyədən çıxarılıb beynəlxalq nəzarət altında daha az zəngin və daha təhlükəsiz formaya salınması deməkdir”, – deyə bildirilib.
Nəşrin yazdığına görə, vasitəçi ölkələrdən birinin diplomatı və ABŞ rəsmisinin sözlərinə əsasən, qarşılıqlı anlaşma memorandumu həmçinin Hörmüz boğazının dərhal açılmasını və İrana qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirmişdi ki, İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun mətni əsas bəndlər üzrə razılaşdırılıb.
O qeyd edib ki, Vaşinqtonun ziddiyyətli mövqeyi bu prosesdə hər zaman müəyyən problemlər yaradıb./Globalinfo.az