Cənubi Koreyada eks-prezidentə daha 30 il həbs cəzası verildi


Seul məhkəməsi keçmiş prezident Yun Sok-yeolu 30 il həbs cəzasına məhkum edib və onu 2024-cü ilin dekabrında hərbi vəziyyətin elan olunmasına zəmin yaratmaq məqsədilə Şimali Koreya üzərinə dronların göndərilməsini əmr etməkdə günahkar bilib.

Turkustan.az xəbər verir ki, Seul Mərkəzi Rayon Məhkəməsi Yunun 2024-cü ilin oktyabrında Pxenyanı təhrik etmək və sərhəddə gərginlik yaradaraq hərbi vəziyyət üçün bəhanə formalaşdırmaq məqsədilə əməliyyat əmri verdiyini müəyyən edib.

Məhkəmə eks-prezidenti düşmənə yardım və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib, prokurorluğun tələb etdiyi cəzanı təsdiqləyib. Qərarda qeyd olunub ki, bu addımlar prezidentin hərbi gücdən yalnız qanuni məqsədlərlə istifadə ediləcəyinə dair ictimai gözləntilərə zidd olub və şəxsi motivlərin ola biləcəyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ