İstanbul Baş Prokurorluğunun apardığı “narkotik” istintaqı çərçivəsində İstanbul Polis İdarəsi tərəfindən məşhurları da əhatə edən əməliyyat keçirildiyi iddia olunub.
Turkustan.az xəbər verir ki, əməliyyat zamanı aralarında bəzi müğənni, aktyor və sosial media simalarının da olduğu 23 nəfərin saxlanıldığı bildirilir.
İddialara görə, saxlanılan şəxslərdən qan və saç nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutuna aparılıblar.
Məlumata əsasən, 23 şübhəlidən 9-u həbs edilib, 14 nəfər isə sərbəst buraxılıb.
Sərbəst buraxıldığı iddia edilən şəxslər arasında Ayşe Hatun Önal, Beren Saat, Kenan Doğulu, Kerimcan Durmaz, Berdan Mardini, Ozan Doğulu, Yaşar İpek, Enis Arıkan və Selin Ciğerci kimi adların olduğu qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az