Telekonfrans vasitəsilə keçirilən mitinqdə çıxış edən ABŞ prezidenti Tramp "İranla müharibəyə son qoyduq" deyərək Tehranın nüvə silahına sahib olmamağa razı olduğunu iddia etdi.
Turkustan.az xəbər verir ki, lakin İran danışıqlar mətninin böyük bir hissəsinin tamamlandığını, lakin razılaşma ilə bağlı hələ yekun qərar verilmədiyini bildirdi.
ABŞ Prezidenti Donald Tramp Corciya ştatının leytenant-qubernatoru Burt Consun keçirdiyi mitinqə telekonfrans vasitəsilə qatılıb və ABŞ-ın İranla müharibəyə son qoyduğunu və İranın nüvə silahına sahib olmamağa razı olduğunu bildirib.
Trampın çıxışında aşağıdakı sözləri işlətdiyi eşidildi:
"Eşidib-eşitmədiyinizi bilmirəm, amma bu gün İranla müharibəyə son qoyduq. Və onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəldilər. Bizim təkid etdiyimiz məqam da bu idi. Bütün məsələ də bu idi. Bu, məsələnin 95 faizini təşkil edirdi və onlar bunu mümkün olan ən güclü şəkildə həyata keçirdilər."
Aytən Yaşar/ Turkustan.az