Türkiyə bu ölkə ilə hərbi əməkdaşlığı genişləndirir


Türkiyə ilə Polşa arasında hərbi əməkdaşlıq genişlənir.

Turkustan.az “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənaye naziri Haluk Qorğun Varşavada Polşa Baş nazirinin müavini və Milli Müdafiə naziri Vladislav Kosiniakla görüşdə Türkiyə və Polşa arasında ikitərəfli müdafiə sənayesi əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə edib.

Qorğun görüşdə bildirib ki, iki NATO müttəfiqi arasında əməkdaşlıq "dərin köklü dostluq, güclü müttəfiqlik bağları və təhlükəsizlik haqqında ortaq anlayış" əsasında inkişaf etməyə davam edir.

Türkiyəli nazir vurğulayıb ki, görüşdə hərbi-texniki əlaqələrin gücləndirilməsi, müdafiə sənayesi əməkdaşlığının dərinləşdirilməsi və sənaye imkanlarının daha da inkişafı əsas müzakirə mövzusu olub.

Xüsusi mövzular arasında Bayraktar PUA-larının istifadəsi ilə bağlı imkanların artırılması, əməliyyat təcrübəsinin paylaşılması və birgə iş sahələrinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də yer alıb.

Qarşılıqlı müzakirələrdə, həmçinin müasir texnologiyaların potensial transferi, müdafiə sənayesi ekosistemləri arasında daha güclü əlaqələrin formalaşması və qarşılıqlı investisiyaların artırılması barədə məsələlərə də toxunulub.

Polşalı nazir Vladislav Kosniak da öz növbəsində Polşanın Bayraktar dronlarına maraq göstərdiyini, Polşa ilə Türkiyə arasında diplomatik-siyasi, hərbi-texniki və hərbi-sənaye sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ