Ödənişdən sonra satıcı yoxa çıxır: Sosial şəbəkə fırıldaqçıları belə işləyir


“Onlayn alış-veriş platformalarında və sosial şəbəkələrdə fırıldaqçılıq hallarının artması, rəqəmsal ticarətdə formal yoxlamalar yerinə daha praktiki fərdi təhlükəsizlik qaydalarına keçməyi tələb edir”.

Bunu "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İB-nin ctimai Birliyinin sədri Elvin Abbasov sosial şəbəkələrdə fırıldaqçılıq hallarından danışarkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, sifariş olunan məhsulun əvəzinə fərqli bir malın gəlməsi və ya ödənişdən sonra satıcının yoxa çıxması kimi hallarla qarşılaşmamaq üçün ilk növbədə səhifənin rəylərinin açıq olmasına, ad dəyişikliyi keçmişinə və professional internet saytlarında təhlükəsizlik sertifikatının (https) mövcudluğuna diqqət yetirilməlidir:

“Eyni zamanda, bazar dəyərindən dəfələrlə ucuz təklif olunan və alıcını psixoloji olaraq tələsdirməyə çalışan qeyri-real kampaniyalara hər zaman şübhə ilə yanaşmaq ilkin qorunma qatı formalaşdırır”.

Elvin Abbasov: Qeyri-real kampaniyalara hər zaman şübhə ilə yanaşmaq ilkin qorunma qatı formalaşdırır

Mütəxəssis hesab edir ki, maliyyə itkilərinin qarşısını tam almaq üçün tətbiq edilə biləcək ən effektiv rasional mexanizm isə ödəniş üsullarını və hüquqi izləri nəzarətdə saxlamaqdır:

“Alış-veriş zamanı əsas maaş və ya yığım kartlarından istifadə etmək əvəzinə, daxilinə yalnız məhsulun dəyəri qədər vəsait köçürülən virtual bank kartlarına üstünlük verilməli, tanınmayan yerli səhifələrdə isə malın yerindəcə yoxlanılmasına imkan verən qapıda ödəniş modelləri seçilməlidir. Gələcəkdə istehlakçı hüquqlarının müdafiəsi məqsədilə rəsmi şikayət edə bilmək üçün satıcı ilə aparılan yazışmaların ekran görüntülərini saxlamaq və hər bir alış-veriş müqabilində elektron qaimə və ya çek tələb etmək bu prosesdə alıcının təhlükəsizliyini tam sığortalayır.


MANŞET XƏBƏRLƏRİ