Pentaqonda təcili xəbərdarlıq! Bina dərhal boşaldıldı


ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında kimyəvi maddə xəbərdarlığı edilib.

Turkustan.az xəbər verir ki, binada aşkarlanan "hava keyfiyyəti problemi" səbəbindən çoxsaylı mərtəbələr və dəhlizlər bağlanıb və təcili təxliyə prosedurlarına başlanılıb.

ABŞ Müdafiə Nazirliyində ( Pentaqon ) verilən "təhlükəli materiallar barədə xəbərdarlıq" bir çox mərtəbənin və dəhlizlərin bağlanmasına və bəzi mərtəbələrin boşaldılmasına səbəb olduğu bildirilir. Arlington Yanğın və Təcili Yardım Xidmətlərinin sosial media paylaşımında kimyəvi, bioloji, radioloji və nüvə (CBRN) komandasının Pentaqonda baş verən hadisəyə reaksiya vermək üçün cəlb olunduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ