Katolik dünyasının mənəvi lideri və Vatikan dövlətinin başçısı Papa Leo XIV iyunun 12-dək davam edəcək İspaniyaya dörd şəhər səfərinə başlayıb.
Turkustan.az xəbər verir ki, 15 ildən sonra İspaniyaya səfər edən ilk Papa olan Papa Leo XIV Madridin Barajas Adolfo Suarez hava limanında Kral VI Felipe və Baş nazir Pedro Sançez tərəfindən qarşılanıb.
Papa XIV Leo, öz qrafikinin bir hissəsi olaraq, 9 iyuna qədər Madriddə qalacaq, daha sonra isə 9-10 iyun tarixlərində Barselonaya, 11 iyun tarixində isə Kanar adalarındakı Qran Kanaryaya və 12 iyun Tenerifeyə səfər edəcək.
Papanın İspaniyadakı proqramı katolik dindarlar üçün böyük əhəmiyyət kəsb etsə də, Vatikan dövlət başçısının çatdıracağı siyasi mesajlar da diqqət çəkəcək.
Aytən Yaşar/ Turkustan.az