Pakistanda toz fırtınası baş verib: Ölən və yaralananlar var


Pakistanın Sind əyalətində baş verən toz fırtınası nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub, 60 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, Pakistanda toz fırtınası baş verib. Sind əyalətinin Qorax Hill bölgəsində daxmaların damları uçub, ərazidə quraşdırılmış günəş panelləri isə ciddi ziyan görüb. Qotki Rayon Administrasiyası fırtına zamanı ağacların, divarların və günəş panellərinin yıxılması nəticəsində dörd nəfərin öldüyünü, 60 nəfərin yaralandığını və xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Pəncab əyalətinin Rajanpur bölgəsində güclü külək və toz fırtınası zamanı ağaclar kökündən qoparılıb, işarələr uçub, elektrik xətləri isə sıradan çıxıb. Elektrik şəbəkəsinin dağılması səbəbindən bir çox ərazi elektriksiz qalıb. Yüksək gərginlikli xətlərin yola düşməsindən sonra M-5 avtomobil yolu da bağlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ