Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan qızılgüllərinin və tərəvəzlərinin ilk partiyasının artıq Aİ ölkələrinə göndərildiyini bildirib, lakin konkret olaraq hansı ölkələrə yola salındığını açıqlamayıb.
Turkustan.az xəbər verir ki, bu barədə o, seçkiqabağı təşviqat kampaniyası zamanı danışıb.
"Qızılgüllərin və tərəvəzlərin ilk partiyası artıq yola düşüb, mənzil başına çatanda hansı ölkə olduğunu deyəcəm. Heç bir məhsul yerdə qalmayacaq. Və ixracı yalnız Aİ ilə məhdudlaşdırmırıq. Artıq digər ölkələrə də ixrac edirik", — deyə o, əlavə edib.
Xatırladaq ki, Rusiya Ermənistandan bir çox məhsulların idxalını məhdudlaşdırıb./Bizim.Media