5 il həbs cəzası ilə üzləşən Acun Ilıcalı ilə bağlı qərar


Televiziya kanalında bəzi futbol matçları zamanı "qanunsuz mərc" reklamları yayımlamaqda ittiham olunan Acun Ilıcalı və digər yeddi kanal və platforma rəhbəri ilə bağlı iş üzrə hökm çıxarılıb.

Turkustan.az xəbər verir ki, Acun Ilıcalı və onun televiziya kanalının və rəqəmsal platformasının rəsmiləri haqqında "qanunsuz mərc reklamı ilə insanları təşviq etmək" iddiası ilə aparılan istintaqdan sonra, Ilıcalı da daxil olmaqla 8 nəfərə 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası tələb edən ittiham aktı hazırlanıb. Hökm İstanbul 25-ci Cinayət Məhkəməsində keçirilən məhkəmədə elan edilib.

Məhkəmə Acun Ilıcalı və yeddi kanal rəhbərini bəraət qazandırdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ