Ermənistanı Ukraynanın aqibəti gözləyir - Volodin


Ukrayna Avropa Birliyinə inteqrasiya etmək qərarına gəldikdə, inkişaf perspektivlərindən danışdı, lakin onun məhsulları Avropa bazarlarına buraxılmadı. Ermənistanı da eyni aqibət gözləyir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Ukrayna AB ilə inteqrasiya qərarı verərkən inkişaf perspektivlərindən danışdı. Əslində, Ukrayna kənd təsərrüfatı məhsulları Avropa bazarlarına buraxılmadı. Onlara sərt və əlverişsiz tarif kvotaları tətbiq olunmuşdu. Eyni aqibət Ermənistanı da gözləyir”, – Volodin bildirib.

O iddia edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə əhalisi ilə AB-yə qoşulmaq barədə açıq danışmır və Aİİ-dən mümkün çıxışın nəticələrini gizlədir.

Onun sözlərinə görə, Ermənistan Aİİ-dən çıxarsa, sakinlər üçün qazın qiyməti təxminən dörd dəfə artacaq, Rusiyadan Ermənistana hazırda ildə təxminən 4 milyard dollar (bütün köçürmələrin üçdə ikisi) təşkil edən pul köçürmələri kəskin şəkildə azaldılacaq, Rusiyaya giriş üçün miqrasiya imtiyazları ləğv ediləcək və işə qəbul yalnız patentlə mümkün olacaq, Ermənistandan çiçək, meyvə, tərəvəz (bibər daxil olmaqla), balıq, spirtli içki və mineral suyun idxalı dayandırılacaq. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ