İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Abdullahi İsrailin şimalında yaşayanlara təxliyə xəbərdarlığı edib.
Turkustan.az xəbər verir ki, Abdullahi bildirib ki, İsrail Beyrutun Dahiye rayonunu hədəf alsa, İran Şimali İsraili və onun hərbi ərazilərini hədəf alaraq cavab verəcək və sakinləri zərər görməmək üçün Şimali İsraili tərk etməyə çağırıb.
İsrail ordusu hücumla hədələmiş və Livanın paytaxtı Beyrutun Dahiye rayonunun sakinlərindən evlərini tərk etmələrini istəmişdi.
İsrailin Baş naziri Binyamin Netanyahu bu səhər orduya Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumları etmək əmri verib.
Aytən Yaşar/ Turkustan.az