Ərdoğan açıq şəkildə xəbərdarlıq etdi: Buna göz yummayacağıq!


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hesablama Məhkəməsinin 164-cü ildönümü mərasimində çıxış edib.

Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, "Son dövrlərdə bəzən təəccüblə, bəzən də utancla izlədiyimiz yerli administrasiyalar ətrafında baş verən qalmaqallar heç vaxt bəraət qazandırıla bilməz. Kim olursa olsun, millətin etibarını müharibə qəniməti kimi görənlərə qarşı qanun və qanunvericilik çərçivəsində mübarizə aparmaq bizim borcumuzdur. Dövlət əmlakının israf edilməsinə, onun qanunsuz və qeyri-qanuni yollarla istismarına və xüsusən də şəxsi mənfəət üçün bir pilləkən kimi istifadəsinə dözməyəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ