Külək nə zaman zəifləyəcək?


Bakıda və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü şimal-qərb küləyi gecəyə doğru tədricən zəifləyəcək. Bu gün axşam saatlarında isə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Turkustan.az xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, sabah gün ərzində Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir:

“Mülayim cənub şərq küləyi əsəcək, havanın maksimal temperaturu 21-26 dərəcə isti olacaq. İyunun 4-də isə Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək”.

Gülşad Məmmədova deyib ki, bölgələrdə iyunun 3-ü və 4-ü əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə ediləcək:

“Lakin iyunun 3-ü gecə və səhər, eləcə də 4-ü günorta saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 23-28, dağlıq ərazilərdə 13-18, bəzi yerlərdə isə 20-25 dərəcə isti olacaq”.


MANŞET XƏBƏRLƏRİ