Ermənilər Xankəndidəki abidəni Yessentukiyə “köçürdülər” - VİDEO


Rusiyanın Stavropol vilayətində də "Biz və dağlarımız" "abidəsi"nin açılışı olub.

Turkustan.az xəbər verir ki, 1967-ci ildə Xankəndidə ucaldılmış abidənin kiçik ölçülü oxşarı vilayətin Yessentuki şəhərindəki "Surb Hripsime" ("Müqəddəs Hripsime") erməni kilsəsinin ərazisində qoyulub.

Abidənin və xaçkarın təqdis mərasimində Krasnodar və Şimali Qafqaz Yeparxiyasının Erməni Apostol Kilsəsinin rəhbəri yepiskop Movses Movsesyan iştirak edib. Marqarita pizza

Tədbirdə həmçinin Vladikavkaz, Mineralnıye Vodı, Novorossiysk, Kislovodsk, Stavropol, Krasnodar, Armavir və Slavyansk-Kuban şəhərlərindən olan erməni ruhanilərinin nümayəndələri də iştirak ediblər./"Yeni Sabah"


MANŞET XƏBƏRLƏRİ