Mütəxəssislər Qərbi Afrikada təxminən 250 insanın ölümünə səbəb olan ölümcül Ebola epidemiyasının Braziliyaya yayılmasından narahatdırlar.
Turkustan.az xəbər verir ki, bu, dünya səhiyyə orqanlarını Dünya Kuboku ərəfəsində həyəcana gətirib.
Ekspertlər Konqo Demokratik Respublikasındakı (KDR) vəziyyətin "son dərəcə narahatedici" olduğunu xəbərdar edərək, yoluxma hallarının sayının tibbi yardımın çatma sürətini aşdığını qeyd edirlər.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ölümcül virusun yayılmasını cəmi iki həftə əvvəl elan etmişdi. Lakin, xüsusilə də qarşıdan gələn FİFA Dünya Kuboku ərəfəsində, yayılmanın qlobal səhiyyə orqanları arasında geniş panika yaratdığı deyilir.
Aytən Yaşar/ Turkustan.az