İsrail erkən seçkilərə gedir: Parlamentdə ilk addım atıldı


İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökuməti tərəfindən təqdim edilən və parlamentin (Knesset) buraxılmasını və erkən seçkilərin keçirilməsini tələb edən qanun layihəsi ümumi assambleyada yekdilliklə təsdiqləndi və birinci oxunuşda qəbul edildi.

Turkustan.az xəbər verir ki, İsraildə yerləşən "Jerusalem Post" qəzetinin məlumatına görə, hakim koalisiyanın parlamentin buraxılması ilə bağlı qanun layihəsi Knessetdə birinci oxunuşda təsdiqlənib və bu da 27 oktyabra təyin olunmuş seçki tarixinin təxirə salınması prosesini sürətləndirib.

Qanun layihəsinin əleyhinə səs verən qanunvericilər olmadı və səsvermə 106-0 hesabı ilə başa çatdı.

Parlamentin ləğvi ilə bağlı qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi, Netanyahunun ultra-ortodoks (Haredi) partiyaları ilə koalisiyası daxilində Haredilərin hərbi xidmətdən azad edilməsinə dair qanun layihəsi ilə bağlı yaranan böhrandan sonra baş verib.

Parlamentin Tənzimləmə Komitəsi dünən səhər birinci oxunuşda ləğv qanun layihəsini təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ