ABŞ dövlət katibi Marko Rubio İranın əvvəllər danışıqlarda müzakirə mövzusu olmuş nüvə proqramının bəzi hissələri ilə bağlı danışıqlar aparmağa razılıq verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rubio İranın hələ də əhəmiyyətli sayda pilotsuz uçuş aparatına (PUA) malik olduğunu bildirib. O qeyd edib ki, buna baxmayaraq, “İranın ənənəvi müdafiə potensialı əhəmiyyətli dərəcədə zəiflədilib”.
ABŞ dövlət katibi Vaşinqtonun Tehranla dialoqu davam etdirdiyini də vurğulayıb.
Qeyd edək ki, İran mediası bu gün Tehran və Vaşinqton arasında əlaqələrin son bir neçə gündür kəsildiyini yazıb.
Aytən Yaşar/ Turkustan.az