Türkiyə Böyük Millət Məclisində keçirilən qrup iclasında CHP Qrup sədri Özgür Özel millət vəkillərinə partiyası daxilində baş verən prosesləri izah edərkən zaldakıların səsləndirdiyi "Xain Kamal" şüarlarına cavab olaraq müdaxilə edib.
Turkustan.az xəbər verir ki, “Bu qəzəbli bəyanatın əvəzinə, gələcəyə ümid şüarları səsləndirək”, - deyən Özəl əlavə edib ki, “Xəyanət başqaları onu ucadan dedikdə deyil, əksinə, təklikdə öz daxilində hiss edildikdə cəzalandırılır”.
Aytən Yaşar/ Turkustan.az