Rubio Kiyevə hücumları şərh etdi: “Hər zərbə yeni cavab doğurur”


ABŞ dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığını şərh edərək Vaşinqtonun Ukraynadakı müharibənin sona çatması üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Rubio bu açıqlamanı Hindistana səfərinin yekununda verib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton müharibənin dayandırılması üçün vasitəçi rolunu oynamağa və prosesə dəstək verməyə hazırdır.

Kiyevə endirilən son hücumları da şərh edən Rubio bildirib ki, hər bir böyük zərbə qarşı tərəfdən daha sərt cavab doğurur və bu vəziyyət müharibənin daha da uzanmasına səbəb olur.

O vurğulayıb ki, uzun müddətdir davam edən bu müharibə artıq sona çatmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ