Bakıya güclü dolu yağdı - FOTOLAR


Hazırda Bakı şəhərində qəfil hava dəyişməsi qeydə alınıb və bir neçə dəqiqədir ki, paytaxta güclü dolu yağır.

"Cebheinfo.az" xəbər verir ki, şəhərin müxtəlif ərazilərində intensiv dolu müşahidə olunur. Yağıntı qısa müddətdə küçələri ağ rəngə bürüyüb, ağacların yarpaqları tökülüb.

Dolu güclü küləklə müşayiət olunur.

Vətəndaşlara ehtiyatlı olmaları, zərurət olmadıqca açıq havada qalmamaları tövsiyə olunur. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ