İtaliyanın Baş naziri Giorgia Meloni Avropa İttifaqının (Aİ) mövcud strukturunun ölkəsi üçün zəiflik yaratdığını bildirib.
Turkustan.az xəbər verir ki, o, Aİ-ni ideoloji və texnokratik yanaşmalar səbəbindən rəqabət qabiliyyətini və strateji inkişafını qurban verən “bürokratik nəhəng” kimi təsvir edib.
Meloni bu fikirləri İtaliya Sənaye Konfederasiyasının (Confindustria) ümumi yığıncağında çıxışı zamanı səsləndirib və beynəlxalq proseslərin iqtisadiyyata təsirini dəyərləndirib.
Onun sözlərinə görə, Avropa İttifaqı gündəlik həyatın hər sahəsinə sərt qaydalar tətbiq etsə də, qlobal arenada təsir gücü və səsini kifayət qədər göstərə bilmir.
Aytən Yaşar/ Turkustan.az