İranın Ali Lideri Ayətullah Əli Xamenei Qurban bayramı və Həcc ziyarəti münasibətilə yayımladığı yazılı mesajda İslam ölkələrini əməkdaşlığa və birgə fəaliyyətə çağırıb.
Turkustan.az xəbər verir ki, o bildirib ki, İslam dünyasının problemlərinin həlli və ümmətin inkişafı üçün ölkələr birlikdə hərəkət etməlidir.
Xamenei vurğulayıb ki, region xalqları və İslam ölkələri ortaq maraq və imkanlara malikdir və bu amillər gələcək dünya nizamının formalaşmasında mühüm rol oynayacaq.
ABŞ-ın bölgədə əvvəlki təsirini itirdiyini deyən İran lideri qeyd edib: “Zaman geri dönməyəcək və region xalqları artıq ABŞ bazaları üçün qalxan olmayacaq. ABŞ-ın bölgədə hərbi bazalar qurmaq və təhlükəsiz mövqe əldə etmək imkanları getdikcə azalır”.
Xamenei həmçinin İsrailin mövcudluğu ilə bağlı sərt mesaj verərək onun “sonuna yaxınlaşdığını” bildirib. O, atasının “İsrail 25 il ərzində yox olacaq” proqnozunu xatırladaraq, bu prosesin artıq son mərhələyə çatdığını iddia edib.
Aytən Yaşar/ Turkustan.az