Məhkəmə qərarı ilə CHP sədrliyindən uzaqlaşdırılan Özgür Özəlin İzmirdə keçirəcəyi mitinq öncəsi gərginlik yaşanıb.
Turkustan.az xəbər verir ki, Özəlin komandası “Milli Toplantı” proqramının Cümhuriyyət Meydanında keçirilməsi üçün İzmir Valiliyinə müraciət etsə də, meydanın məhdud tutumu əsas gətirilərək icazə verilməyib. Valilik tədbirin yaxınlıqdakı Gündoğdu Meydanında təşkil olunmasını təklif edib.
Buna baxmayaraq, Özgür Özəl proqramı Cümhuriyyət Meydanında keçirəcəyini və Atatürk abidəsinə əklil qoyacağını açıqlayıb. Bundan sonra polis meydanı baryerlərlə bağlayıb.
CHP-də “mütləq ləğv” qərarı ilə bağlı gərginlik davam edərkən, Özgür Özel İzmirdə keçirilən mitinqdə diqqətçəkən açıqlamalar verib.
Özəl çıxışında Kemal Kılıçdaroğluna müraciət edərək bildirib: “Bayramdan bir-iki həftə sonra 2 milyon üzvümüz sədrini seçsin. Əgər seçki qutusu CHP üzvlərinin qarşısına qoyularsa, mən namizəd olacağam. Məndən başqa biri qalib gəlsə, təkcə əlini qaldırmayacağam, əlini öpəcəyəm və ömrümün sonuna qədər yanında olacağam”.
Özəl bununla CHP-də rəhbərliyin partiya üzvlərinin səsi ilə müəyyənləşdirilməsini təklif edib.
Aytən Yaşar/ Turkustan.az