Tədbir Şəhid Elçin Kərimbəylinin əziz xatirəsini yad etmək, onun göstərdiyi qəhrəmanlığı gənc nəslə tanıtmaq və vətənpərvərlik ruhunu aşılamaq məqsədilə təşkil olunub.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhidin yaxınları, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbiri Tərəqqi Texniki Humanitar Liseyində keçirilib.Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub.
O, məktəb illərində vətənpərvərliyi və nümunəvi davranışı ilə seçilib.
20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onun xatirəsi daim ehtiramla yad edilir.


