Donald Tramp sağlamlığı ilə bağlı açıqlama verdi


ABŞ Prezidenti Donald Tramp adi sağlamlıq müayinəsindən sonra "hər şeyin mükəmməl olduğunu" bildirib.

Turkustan.az xəbər verir ki, Tramp illik sağlamlıq müayinəsindən keçdiyi Uolter Rid Milli Hərbi Tibb Mərkəzindən ayrıldıqdan sonra sosial media hesabında açıqlama verib.

ABŞ prezidenti bildirib ki, "Mən Walter Reed Hərbi Tibb Mərkəzində altı aylıq sağlamlıq müayinəmi təzəlikcə başa vurdum. Hər şey əla keçdi".

Tramp xəstəxana həkimlərinə və işçilərinə təşəkkür etdi və Ağ Evə qayıtdığını və vəzifələrinin icrasına davam etdiyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ