İsrail ordusunun atəşkəsə baxmayaraq, hazırda Livanın cənubunda işğal etdiyi "Sarı Xətt" kimi tanınan ərazidən kənarda quru hücumlarına başladığı bildirilir.
Turkustan.az xəbər verir ki, bu gün mətbuatda Livanın cənubunda çoxsaylı şəhərləri işğal edən İsrail ordusunun bir bölməsinin Litani çayının şimalında yerləşən Şərqi Zautar şəhərinə girdiyi barədə məlumat yayılıb .
Bu arada, İsrailin Baş naziri Binyamin Netanyahu dünən axşam orduya Livana hücumları gücləndirməyi əmr etdi.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich martın 23-də bildirib ki, Livanın cənubu işğal olunmalı və Litani çayı İsrail- Livan sərhədi olmalıdır.
İsrail ordusu aprelin 19-da Livanın cənubunda işğal etdiyi ərazilərdə Qəzza zolağında "Sarı Xətt"ə bənzər bir zona yaratdığını açıqladı .
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları həyata keçirərək ölkənin cənubundakı bir neçə şəhəri işğal etdi. Livan hökuməti bu prosesin nəticəsində ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqladı.
Aytən Yaşar/ Turkustan.az