Dünyaya açıq bir mesaj: Türkiyə yeni dövrün parlayan ulduzu olacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə yayımladığı video mesajda birlik, həmrəylik və qardaşlıq mesajları verib.

Turkustan.az xəbər verir ki, Türkiyənin bölgədə davam edən müharibə və böhranlara baxmayaraq sülh və sabitliyi qoruduğunu vurğulayıb. Ərdoğan bildirib ki, ölkə iqtisadiyyatı, infrastrukturu və güclü dövlət institutları ilə “sabitlik adası” kimi ön plana çıxır və gələcəkdə daha da güclənəcək.

"Ətrafımızdakı toz çökdükdən sonra, inşallah, Türkiyə yeni dövrün parlayan ulduzlarından biri olacaq. Bunun üçün nə lazımdırsa, onu edirik".

Mesajında vətəndaşlara səslənən Ərdoğan tətil səyahətləri zamanı yol hərəkəti qaydalarına və sürət həddinə ciddi riayət etməyə çağırıb.

O, çıxışını Qurban bayramı münasibətilə təbriklə yekunlaşdıraraq vətəndaşlara sağlamlıq və rifah arzulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ