Ən yaşlı seçicinin 136 yaşı var


Azərbaycanda ən yaşlı seçicilərin adları açıqlanıb.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyasının bugünkü iclasında deyib.

Onun sözlərinə görə, ən yaşlı qadın seçici

Əzizova Tamam Əli qızıdır, onun 136 yaşı var:

"O, Lənkəran rayonu, 78 saylı DSK, 38 saylı məntəqəsində qeydiyyatdadır. Kişilərdən isə 106 yaşlı Hacıyev Fərrux Səməd oğludur (Tovuz rayonu 107 saylı DSK, 11 saylı məntəqə) /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ