WUF13 çərçivəsində keçirilən tədbirdə gənc ifaçı İbrahim Quliyevin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Əslən Şuşalı olan, respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Quliyev Azərbaycan bəstəkarı Asəf Zeynallının “Ölkəm” mahnısını ifa edərək qonaqlarda xoş ovqat yaradıb.
İfaçının səhnə mədəniyyəti, musiqi duyumu və səmimi təqdimatı tədbirin yadda qalan məqamlarından biri olub.
Xarici qonaqlar da çıxışı yüksək qiymətləndirərək Azərbaycan musiqisi ilə bu formatda tanışlıqdan məmnunluqlarını ifadə ediblər.
İbrahim Quliyev forumla bağlı fikirlərini bölüşərək WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu, tədbirin peşəkar və mədəni mübadilə baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq iştirakçılarla ünsiyyət və səhnə təcrübəsi yaradıcılıq yolunda mühüm stimul olub və gələcəkdə daha böyük işlərə imza atmağı hədəfləyir.
Qeyd edək ki, İbrahim Quliyev İncəsənət Tərəqqisinə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan “Səslərdən Şəhər 13: Memarlıq Ritmi” tədbirində Azərbaycan mədəniyyətini layiqincə təmsil etdiyinə görə Təşəkkürnamə ilə təltif olunub.
Leyla Turan

