Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə bölgədə sülh və sabitliyin təmin olunması üçün qardaş ölkələrlə birlikdə fəaliyyət göstərir və aparılan danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcək.
Aytən Yaşar/ Turkustan.az