İsraildə siyasi gərginlik: Erkən seçki gündəmdədir


Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya İsrail Knessetinin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib.

Turkustan.az xəbər verir ki, layihə qəbul olunarsa, İsraildə ən geci beş ay, ən tez isə üç ay ərzində erkən parlament seçkiləri keçirilə bilər.

“The Times of Israel” -in yaydığı məlumata görə, qanun layihəsi koalisiya partiyaları adından Knessetdəki koalisiya qrupunun rəhbəri Ofir Katz tərəfindən təqdim olunub.

Məlumata əsasən, layihə Birləşmiş Tövrat Yəhudiliyi, Şas, Dini Sionizm, Yəhudi Gücü və Yeni Ümid partiyalarının dəstəyi ilə hazırlanıb.

İsrail mətbuatı təşəbbüsü koalisiya hökumətinin mümkün seçkilərin vaxtını nəzarətdə saxlamaq cəhdi kimi qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ