ABŞ senatoru Trampa müharibəyə necə son qoymağı göstərdi


ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem İrana qarşı mümkün hərbi strategiya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Qrem İrana qarşı genişmiqyaslı quru əməliyyatının zəruri olmadığını bildirib və diqqətin daha konkret hədəflərə yönəldilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, İran iqtisadiyyatı əsasən neft və təbii qaz gəlirlərindən asılıdır. Senatorun sözlərinə görə, bu gəlirlərin mühüm hissəsi Fars körfəzində yerləşən Xark adası vasitəsilə əldə olunur və bu səbəbdən həmin bölgə strateji əhəmiyyət daşıyır.

Qrem ABŞ-ın geniş quru əməliyyatı əvəzinə daha məhdud, lakin təsirli addımlar atmasının daha məqsədəuyğun olduğunu bildirib. O deyib: “İrana quru hücumu etmək niyyətimiz yoxdur. Gəlirinin 90 faizi neft və təbii qazdan gəlir və bu potensialın böyük hissəsi bir nöqtədə cəmləşib”.

Senator həmçinin ABŞ prezidenti Donald Trampa müraciət edərək belə deyib: “Cənab Prezident, Xark adasını ələ keçirin və bu müharibə bitəcək”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ